Bu layihəni yaratmaqda məqsədimiz komanda üzvlərimizin və bu sahədə inkişaf etmək istəyən şəxslərin bilik və bacarıqlarını gücləndirməkdir.
Təlimlərimiz 3 ay davam edir və bütün mərhələlər real iş şəraitinə uyğunlaşdırılmış şəkildə keçirilir. Proqramı uğurla tamamlayan iştirakçılar sertifikatla təmin olunur. Sertifikat sistemi dərəcələrə əsasən bölünür və iştirakçının təlim prosesindəki performansına uyğun olaraq verilir.
Təcrübəli təlimçilərimiz və strukturlaşdırılmış proqramlarımız sayəsində xidmət keyfiyyətini yüksəltməyi, qonaqpərvərlik standartlarının inkişafına töhfə verməyi və işgüzar yanaşmanı daha da gücləndirməyi hədəfləyirik.